Universitetlər yeni modellə idarə olunacaq


14:51     14 İyun 2017 11294_mikayil%20cabbarov.jpg

"Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur"


Femida.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə universitetlərin yeni idarəetmə modelini yaradırıq.

"Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz mövcuddur. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq. Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir. İnnovasiyaların cüzi hissəsi istənilən nəticəyə gətirir. Lakin xırda bir uğur belə alqışlanandır".

Femida.az

Açar sözlər:

Oxunub: 991