Azərbaycanlı məhbus aclıq aksiyasına başladı


15:56     14 İyun 2017 sasaniyan.jpg

Bir ildən çoxdur Təbrizin mərkəzi zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian aclıq aksiyasına başlayıb.


Femida.az xəbər verir ki, ona qarşı irəli sürülən ittihamların yalan olduğuna, həmçinin uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz edən fəal aclıq aksiyasının 3-cü günündədir.

Həbib Sasanian artıq 13-cü aydır müvəqqəti olaraq həbsxanada saxlanılır, məhkəmə onun dosyesi ilə bağlı heç bir konkret qərar qəbul etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1012