Qadının gözünü çıxaranlar apellyasiya şikayəti verib


16:20     15 İyun 2017 1442557655_mehkeme-zali5.jpg

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Kərimov və Tural Hüseynov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, onların şikayətlərinə iyunun 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Kərimov 9 il, Tural Hüseynov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib.

Hadisə Pirallahı rayonunda baş verib. Adı çəkilən şəxslər Nuranə Hüseynovanın üzünə kimyəvi məhlul atmaqda təqsirləndirilir. Nəticədə qadın bir gözünü itirib.

Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri zamanı cinayəti törədən şəxslər, qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı – 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2580