65 nəfər itkin düşüb - Londondakı yanğında


16:13     16 İyun 2017 london%20yangin.jpg

Londonda yaşayış binasında yanğın nəticəsində 65 nəfər itkin düşmüş hesab olunur. Onların həlak ola biləcəyi də istisna edilmir.


Femida.az xəbər verir ki, Sun qəzeti itkin düşən sakinlərin siyahısını dərc edib. Qəzet tərəfindən tərtib olunmuş cədvəldə həmin insanların adları və mənzillərinin yerləşdiyi mərtəbələr göstərilir. İtkin düşmüş hesab olunan şəxslər əsasən 11-ci və 14-23-cü mərtəbələrdən olanlardır.

Xatırladaq ki, Londonun qərbində çoxmərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın çərşənbə gününə keçən gecə baş verib. Yanğınsöndürənlər alovla bir sutkaya yaxın mübarizə aparıblar. Bina demək olar, yanaraq külə dönüb. Faciə nəticəsində azı 17 nəfər həlak olub. Xəsarət almış 79 nəfər xəstəxanalara yerləşdirilib və onlardan 17-nin vəziyyətinin ağır olduğu bildirilir. Evakuasiya edilmiş sakinlər müvəqqəti olaraq yaxınlıqdakı ictimai mərkəzlərdə, məscidlərdə və kilsələrdə yerləşdirilib.

Yanmış binanın yerləşdiyi Şimali Kensinqton Londonun o qədər də firavan olmayan rayonlarından sayılır. Burada Afrika, Yaxın Şərq və Pakistandan, həmçinin Şərqi Avropadan olan çoxlu insan yaşayır.

Femida.az

Açar sözlər:

Oxunub: 537