Şirkət rəhbərinin məhkəməsi başlayıb - Dələduzluqda təqsirləndirilir


17:28     16 İyun 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra iclasda şahidlər ifadə verib.

Proses iyunun 20-də davam edəcək.

İttihama görə, "Topstap LTD" MMC-nin təsisçisi M.Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb və M. Həsənova şübhəli şəxs qismində tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 634