Şirkət rəhbəri və telekanal əməkdaşı qəzada öldü - FOTO
01:58 28 İyun 2017
Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.
Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi "Toyota Land Cruiser" markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.
Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış. (Lent.az)
Oxunub: 733
Oxşar xəbərlər
- Şirkət direktoruna 16 il həbs tələb edildi
- Şirkət direktoruna hökm oxunub
- Şirkət rəhbərinin qanunsuz əməlləri ifşa olundu
- Şirkətdən seyf oğurlayanlar tutuldu
- Şirkətdə maliyyə nöqsanları tapıldı - Materiallar Baş Prokurorluğuna göndərilib
- Şirkət rəhbərinin məhkəməsi başlayıb - Dələduzluqda təqsirləndirilir
- Şirkət sahibi ağacdan yıxılaraq öldü
- Şirkətin saqqızın oğurladılar - Yasamalda
- Şirkətdən oğurluq edən şəxs saxlanılıb
- Şirkətin seyfindən pul oğurlanıb