Londondakı yanğında ölənlərin sayı artır


22:47     16 İyun 2017 london%20yangin.jpg

Londonda baş verən yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 30-a çatıb.


Femida.az “BBC”-yə istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alan 24 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, iyunun 14-ü Londonun qərbindəki “Grenfell Tower” yaşayış binasında yanğın çərşənbə gününə keçən gecə baş verib.

Təxliyə olunan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı ictimai mərkəzlərdə, məscidlərdə və kilsələrdə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 803