Altı tələbənin ölümünə səbəb olan sürücüdən xəbər var


19:33     20 İyun 2017 namiq0.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.


Femida.az-ın məlumatına görə, prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə dövlət hesabına vəkil Şirin Atayev təyin edilib.

Məhkəmə baxışı iyunun 29-na təyin edilib.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.


Femida.az

Açar sözlər:

Oxunub: 1929