Binəqədi və Nərimanov rayonu sakinlərinin nəzərinə


04:33     20 Avqust 2015 88648.jpg


Sabah Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, diametri 159 və 108 mm-lik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar 20 avqust tarixdə saat 10.00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 7-8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, M.Sənani, X.Şuşinski, S.Rəhmanov, Ç. Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Açar sözlər:

Oxunub: 970