Binəqədidə evləri talayan qardaşlar ələ keçdi


19:26     02 Oktyabr 2017 tutulub2.jpg

Bakıda oğurluqla məşğul olan 2 nəfər tutulub.


Femida.az xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Ayxan tutulublar.

Tutulan şəxslərin ətrafında araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 923