Saatlıda iki maşın toqquşdu, yaralılar var


19:59     28 İyun 2017 qeza%20yeni8.jpg

Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatna görə, Saatlı rayonunun Dəllər kəndi ərazisində VAZ 2106 markalı avtomobillə “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb. Onlar Saatlı rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 706