Şəhid haqqında kitabın təqdimatı - Millət vəkilləri də gəldi


13:37     30 İyun 2017 kitab223.jpg

Jurnalist-yazar Nigar İsmayılqızının ötən ilin aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun xatirəsinə həsr etdiyi “Savaşçı”(aprelin izi ilə...) kitabının təqdim etmə mərasimi keçirilib


Müəllif “Savaşçı”(aprelin izi ilə... ) kitabında şəhid Əbdülməcid Axundovun həyat hekayəsini qələmə alıb. Kitabda Ə.Axundovun Azərbaycan Milli Ordusunda xidmət etdiyi müddətdə göstərdiyi şücaətləri, mərdliyi, qorxmazlığı, vətənpərvərliyi yer alıb. Həmçinin, tanınmış yazarların, jurnalistlərin şəhid Ə.Axundov haqqında yazıları, anası Ceyran Axundova ilə müsahibələr də kitaba daxil edilib. “Savaşçı” kitabına şəhidimizin qısa, lakin şərəfli ömür yolu ilə bərabər həm də tariximizdə baş vermiş erməni fitnəkarlığı, Qarabağ savaşı haqqında tarixi materiallar da daxil edilib.

Atatürk Mərkəzində baş tutan təqdimetmə mərasimində millət vəkilləri, şəhid Əbdülməcid Axundovun anası, orta məktəb və universitet müəllimləri, tanımış yazarlar, şairlər, rəssamlar, jurnalistlər iştirak edib.

Şəhid Əbdülməcid Axundova həsr edilmiş kitabın redaktoru olan Elçin Hüseynbəyli əvvəlcə kitabın ərsəyə gəlməsində xidməti keçən şəxslərə minnətdarlığını bildirib.

Xalq rəssamı Arif Hüseynov “Ölsəm yaşat...” sənədli filmindən sonra belə bir kitabın ərsəyə gəlməsini çox yüksək qiymətləndirib. A.Hüseynov təklif edib ki, gələcəkdə şəhidlərə həsr edilmiş kitabxanalar fəaliyyət göstərsin. Şəhidlərlə bağlı xatirələr, həsr edilmiş kitablar həmin kitabxanalarda toplanaraq qorunsun, gələcək nəsillərə ötürülsün.

Sonda “Savaşçı” ”(aprelin izi ilə...) kitabının müəllifi Nigar İsmayılqızı çıxış edib. N.İsmayılqızı əvvəlcə kitabın ərsəyə gəlməsindən danışıb. O, kitabın hazırlanmasında Azərbaycanda, İranda, Türkiyənin (İstanbul, İzmir, Bursa) şəhərlərində ona dəstək və kömək edən hər bir kəsə sonsuz minnətdarlığını bildirib.








Femida.az


Açar sözlər:

Oxunub: 2457