Pensiya yaşının artırılması qüvvəyə minir
20:36 30 İyun 2017
Pensiya yaşının artırılmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sabahdan qüvvəyə minir.
Femida.az xəbər verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Dəyişiklik, eyni zamanda, kişilər və qadınlar üçün pensiya yaşının 65-ə qaldırılmasını nəzərdə tutur. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.
Femida.az
Oxunub: 3388
Oxşar xəbərlər
- Pensiyalar nə qədər və hansı qaydalarla artırılacaq? - VİDEO
- Pensiya artımı kimlərə şamil olunmayacaq? - VİDEO
- Pensiyalar hansı məbləğdə artırılacaq? - RƏSMİ
- Pensiya və maaşların artacağı rəsmən təsdqiləndi - ŞAD XƏBƏR!
- Pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO
- Pensiyalar tez veriləcək - Nazir açıqladı
- Pensiya haqqında qanun yenidən DƏYİŞDİRİLİR
- Pensiyalar verildi - Nazirlikdən açıqlama
- Pensiya yaşı artırıldı - Qanuna DƏYİŞİKLİK
- Pensiya üçün staj tələbi ləğv edilir - Video