Xalq artisti vəfat etdi


14:46     03 İyul 2017 125289_qq8df5m3g9.jpg

Xalq artisti Xumar Zülfüqarova vəfat edib.


Femida.az-ın məlumatına görə, xareoqraf 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1755