Xalq artistlərinin məhkəməsi başladı


20:40     19 Dekabr 2017 22207536_200.png

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam edib.



Femida.az -ın məlumatına görə, prosesdə hər iki tərəf iddiasını məhkəməyə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib.

Proses yanvarın 8-də davam edəcək.


Ramiz Məlik M. Əsədovaya qarşı iddia qaldırıb və 300 min manat təzminat tələb edir. R. Məlik M. Əsədovanın onu təhqir etdiyini deyib.

M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

Açar sözlər:

Oxunub: 1514