Lerikdə qohumlarını bıçaqlayan şəxs tutulub


17:35     03 İyul 2017 aabicaq251.jpg

Lerik rayonunda qohumlarını bıçaqlayan şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Lerik rayonunun Hamarmeşə kəndində yaşayan Bahadır Nəhmətovun evinin həyətində qohumu Ramil Hüseynov münaqişə zəminində ona və qızı Ülviyyəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

R. Hüseynov Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanıb. Hadisədən sonra qollarına bıçaqla xəsarət yetirdiyindən ona Lerik Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 810