Lerikdə əhali susuz qalıb
01:14 18 İyul 2017
Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.
Rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir.
Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: "Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur". (Report.az)
Oxunub: 733
Oxşar xəbərlər
- Lerikdə transformator yanıb
- Lerikdə maşın dərəyə aşdı - Xəsarət alanlar var
- Lerikdə bir ailə necə məhv oldu? - RƏSMİ AÇIQLAMA
- Lerikdə maşın dərəyə aşıb, ölənlər var - YENİLƏNİB
- Lerikdə antik dövrə aid qəbiristanlıq tapılıb
- Lerikdə partlayış - 1 ölü, 2 yaralı
- Lerikdə qohumlarını bıçaqlayan şəxs tutulub
- Lerikdə ata və qızı bıçaqlanıb
- Lerikdə 30 min nəfərə yol çəkilir
- Lerikdə zəlzələ olub