Məşhur hakim işdən çıxdı


17:56     04 İyul 2017 hakim6.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanov təqaüdə göndərilib.


Femida.az -ın xəbərinə görə, Ə. Osmanov 65 yaşı olması ilə bağlı təqaüdə çıxıb. O, icraatında olan işləri yekunlaşdırdıqdan sonra təqaüdə gedib.

Qeyd edək ki, Əlisultan Osmanov bir çox məşhur işə sədrlik edib. O, həmçinin keçmiş deputat Gülər Əhmədovaya, jurnalist Rauf Mirqədirova hökm oxuyan hakimdir.

Femida.az

Açar sözlər:

Oxunub: 10532