Yevlaxda yanacaqdaşıyan maşın aşıb


01:02     10 İyul 2017 astarada-piyadan-vurub-ldrdlr_15.jpeg

Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb.


Hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

Xaldan–Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Yaralıların Şərur rayonundan olduqları bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 950