TANAP nə zaman istifadəyə veriləcək? - Nazir açıqladı


02:36     10 İyul 2017 8760d78f9b69d6566836b0bc7b6a9395.Jpeg

TANAP 2018-ci ilin ortalarında istismara veriləcək.


Bu sözləri XXİİ Dünya neft Kongresinin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.

Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Albayrak, Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində Ceyhan limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına gətirdiklərini vurğulayıb.

Bərat Albayrak deyib: ”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”

İyulun 10-da XXİİ Dünya Neft Konqresinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1238