Gəncədə qətl törədən dünya çempionu tutulub


17:38     10 İyul 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

İyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, qətli törədən şəxs kikboksinq üzrə ikiqat dünya çempionudur.

Femida.az

Açar sözlər:

Oxunub: 1319