Gəncədə kürəkən qaynanasını bıçaqladı - VİDEO


15:43     11 İyul 2017 qadin%20bicaqlanma.jpeg

Şəmkir rayon Əliyaqublu kənd sakini, 51 yaşlı Səltənət Nəsirova Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib.


Femida.az xəbər verir ki, aralarında yaranan münaqişə zəminində kürəkən qaynanasına bıçaqla xəsarət yetirib.

Qadın bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Mehman Hüseynov - həkim: "Daxil olan xəstənin üzərində çoxsaylı deşilmiş-kəsilmiş yaraları olan xəsarətlər vardı. Xəsarətlərdən biri dəlib keçən digərləri isə kor yaralardır. Xəstənin ümumi vəziyyəti stabildir. Hal-hazırda şöbədədir. Yaralar işlənilib. Müalicə davam etdirilir".

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə ,qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.



Femida.az

Açar sözlər:

Oxunub: 945