Sabirabadda ağır qəza - 1 ölü, 3 yaralı


16:00     11 İyul 2017 qeza_yeni%20altinda%20qalib.jpg

Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, gecə saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Toqquşma nəticəsində ağır yaralanan V.Abdullayev orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1074