Sahibkarlardan prioritet layihələr qəbul edilir


20:00     11 İyul 2017 sahibkarlar.jpg

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.


İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, SKMF İsmayıllı rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib.

Sahibkarlardan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, həmçinin pendir istehsalı müəssisəsinin və otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 715