Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır


21:48     04 Dekabr 2017 sahibkarlar.jpg

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.


Nazirliyin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, SKMF Balakən rayonunda işgüzar forum keçirib.

Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Balakən rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələrin maliyyələşdirilməsi, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütün qurutma kameralarının, tütün, fındıq, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin, həmçinin barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 667