Gəncədə 3 azyaşlı, Bakıda qadın tutuldu - Oğurluğa görə


19:32     12 İyul 2017 cinayetkar%20usaq.jpg

Bakı və Gəncə şəhərlərində oğurluq edən şəxslər saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyi üçün saxlanılan Gülnarə Novruzova ilə bağlı Xətai rayon 34-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun aprelin 25-dən iyunun 29-dək olan müddətdə 2 qadının çantalarından 2500 manat pul oğurladığı da müəyyən edilib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyulun 10-da Gəncə şəhəri ərazisində "VAZ-2103" markalı avtomobildən 1500 manat pul oğurlamaqda şübhəli bilinən 3 azyaşlı saxlanılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-də Gəncə şəhər sakini olan bir qadının çantasından 50 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Telman Mirzəyev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 536