Meteohəssas insanlar, ehtiyatlı olun!
16:44 14 İyul 2017
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1324
Oxşar xəbərlər
- Meteohəssas insanlara – XƏBƏRDARLIQ
- Meteohəssas insanlarda narahatlıq yaranacaq
- Meteohəssas insanların DİQQƏTİNƏ!
- Meteohəssas insanlarda narahatlıq yaranacaq - XƏBƏRDARLIQ
- Meteohəssas insanlar narahatlıq keçirəcək
- Meteohəssas insanlarda narahatlıq yaranacaq
- Meteohəssas insanlar üçün yaxşı gün
- Meteohəssas insanlar sabah narahat olacaq
- Meteohəssas insanlara xəbərdarlıq edildi
- Meteohəssas insanlar narahat olacaq - Sabahın hava proqnozu