Meteohəssas insanlara – XƏBƏRDARLIQ
16:54 01 Dekabr 2017
Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 556
Oxşar xəbərlər
- Meteohəssas insanlarda narahatlıq yaranacaq
- Meteohəssas insanların DİQQƏTİNƏ!
- Meteohəssas insanlarda narahatlıq yaranacaq - XƏBƏRDARLIQ
- Meteohəssas insanlar narahatlıq keçirəcək
- Meteohəssas insanlarda narahatlıq yaranacaq
- Meteohəssas insanlar üçün yaxşı gün
- Meteohəssas insanlar, ehtiyatlı olun!
- Meteohəssas insanlar sabah narahat olacaq
- Meteohəssas insanlara xəbərdarlıq edildi
- Meteohəssas insanlar narahat olacaq - Sabahın hava proqnozu