İdmançımız Avropa çempionu oldu
01:58 18 İyul 2017
Polşanın Bıdqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub.
Çempionatda üç təkanla tullanma yarışlarında ölkəmizi təmsil edən Nazim Babayev 17,18 metr nəticə ilə turnirin qalibi olub. Bu nəticə ilə atletimiz şəxsi rekordunu yeniləyib.
Finlandiyalı Simo Lipsanen yarışı ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü pillədə başa vurublar.
Avropada öz yaşıdları arasında birinci olan Nazim Babayev böyüklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır.
Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Atlet, həmçinin cari ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur. (AzərTAc)
Oxunub: 811
Oxşar xəbərlər
- İdmançımız dünya çempionu oldu
- İdmançımız Avropa çempionu oldu
- İdmançımızın meyiti Livanda qalıb - Gətirməyə 20 min dollar istəyirlər
- İdmançımız Avropa çempionu olub
- İdmançımız alman rəqibini nokauta saldı
- İdmançımız dördüncü qızılını qazandı
- İdmançımız Parisdə bayrağımızı qaldırdı
- İdmançımız erməniyə böyük hesabla qalib gəldi - 23:3
- İdmançımız Avropa üçüncüsü olub
- İdmançımız gümüş medal qazandı - Parisdə