İdmançımız Avropa çempionu oldu


20:41     09 Sentyabr 2017 ccc.jpg

Makedoniyanın Skopye şəhərində keçirilən Yeniyetmələrin və Gənclərin Wako versiyası üzrə Avropa çempionatı başa çatıb.


Femida.az xəbər verir ki, bu yarışa 10 nəfərlə qatılan kikboksinq üzrə milli komandamız 5 medalla vətənə qayıdıb.

Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd İmanov rəqiblərini məğlub edərək finala yüksəlib. Kikboksinqin full-kontakt versiyasında 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rusiyalı rəqibinə böyük xal fərqi ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medallara 86 kq-da Orxan Məhərrəmov, 91 kq-da Ramiz Nadirov sahib çıxıb. 54 kq-da Elnur Qəşəmov və 60 kq-da Elşad Şahbazov bürünc medallarla kifayətləniblər.

Femida.az

Açar sözlər:

Oxunub: 947