Qarpızdan çıxan qazın səbəbi - AÇIQLAMA (VİDEO)


18:24     18 İyul 2017 qarpiz.png

“Gün qabağında qalan, xarab olan qarpızlar kəsiləndə onun içərisindən su fontan vurub çıxa bilər”


Bunu Femida.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov bildirdi ki, Azad İstehlakçılar Birliyi xüsusi cihaz vasitəsilə qarpızlar üzərində ötən il və bu il monitorinqlər aparıb:

“Bu il apardığımız monitorinqlərin nəticəsi olaraq onu deyə bilərəm ki, satışda olan qarpızların tərkibində nitridlərin (kübrə) miqdarı normadan artıqdır. Qarpızın bir kiloqramında yol verilən nitdirlərin maksimum miqdarı 60 ml qram ola bilər. İnsanın zəhərlənmə hədd isə 200-300 ml qramdır. Monitorinqlərimizin nəticəsində məlum oldu ki, satışda olan qarpızların əksəriyyəti yüksək faizli nitridlərlə zəngindir”.

E.Hüseynov onu da əlavə etdi ki, əhali qarpızı seçərkən diqqətli olmalıdır:

“Nitridsiz qarpızın çəkisi 3-4 kiloqram ola bilər. Qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır. Qarpızın rəngi çəhrayı yox, tünd-al qırmızı olmalıdır. Ola bilər ki, çəhrayı rəngli qarpız şirin olsun. Bu, aldadıcıdır. Ehtiyatlı olmaq lazımdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə qarpızın içərisindən qazın çıxmasını əks etdirən video yayılıb. Həmin qarpızın Bakıda marketlərdən birindən alındığı deyilir.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6464