Tbilisidə qaz bahalaşıb


19:17     18 İyul 2017 1432729161_qaz6.jpg

Gürcüstanın paytaxtı Tbilisidə təbii qazın istehlak tarifi artıb.


Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası paytaxtı qazla təmin edən "Kaztransqaz" ASC-nin tarifin artırılması ilə bağlı təklifini nəzərdən keçirib.

Komissiyanın qərarına əsasən, Tbilisi əhalisi üçün təbii qazın istehlak tarifi 0,5 tetri artırılaraq 1 kubmetr üçün 46,153 tetri məbləğində müəyyən olunub.

Yeni tarif cari ilin iyulun 20-dən 2018-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası "SOCAR Georgia Gas" ASC, "Sakorqaz" SC-nin də analoji təkliflərini nəzərdən keçirir.

Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının dünənki qərarına əsasən, ölkədə qaz nəqlinin tarifi də 0,5 tetri artırılıb. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 487