Filippin Prezidenti İlham Əliyevi təbrik edib
22:44 21 İyul 2017
Filippin Prezidenti Rodriqo Rao Duterte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Filippin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram.
Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Femida.az
Oxunub: 681
Oxşar xəbərlər
- Filippində ölü sayı 200-ə çatdı
- Filippində güclü zəlzələ olub
- Filippin prezidenti Kim Çen Inı təhqir etdi
- Filippində 19 nəfər öldürülüb
- Filippində qarşıdurma - 31 terrorçu öldürüldü
- Filippində güclü zəlzələ olub
- Filippin lideri Putindən silah istədi
- Filippində hərbi vəziyyət elan edildi
- Filippində güclü zəlzələ - 5,8 bal
- Filippində güclu zəlzələ olub