Yetim Eyvaz vəfat edib


23:59     23 İyul 2017 yetimeyvaz_1500814539.jpeg

Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.


Femida.az xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.

Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 2550