Qayınana kürəkənini bıçaqlayıb


13:44     24 İyul 2017 qadin9.jpg

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1011