Göygöldə 3 maşın qəzaya düşdü


21:43     25 İyul 2017 qeza%20yeni8.jpg

Bakı-Qazax magistral yolunda üç avtomobil qəzaya uğrayıb.


Hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan “Hyundai” markalı kiçik tutumlu yük avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Bu zaman qəzadan yayınmaq istəyən “Ford” markalı yük avtomobili yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 810