Göygöldə 2 maşın toqquşub


16:17     26 İyul 2017 qeza_yeni.jpg

Gəncə-Şəmkir yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə yolun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər – 1959-cu il təvəllüdlü Çiçək Abbasova və 1949-cu il təvəllüdlü Məmməd Süleymanov xəsarət alıb.

Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 555