30 yaşlı şəxs özünü asdı


15:42     26 İyul 2017 intihar%20%20w.jpg

Ağdaş rayonunda intihar hadisəsi baş verib.


Hadisə rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Əzizov Murad Yamən oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1080