Toyda dava düşdü - yaralananlar var


12:59     27 İyul 2017 1372425852_mehkemede-dava.jpg

Lənkəranda toyda dava olub, iki nəfər xəsarət alıb.


Hadisə Lənkəranın Sinovlu kəndində qeydə alınıb.

Kənddə toy zamanı qonaqlar arasında dava düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1993-cü il təvəllüdlü Mehrəliyev Ruslan Adil oğlu və 1972 –ci il təvəllüdlü Mehrəliyev Daşqın Barat oğlu Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 676