Bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada öldü


17:44     29 İyul 2017 xestexana_012541.jpg

Şabran rayonunda bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 22-də Şabran rayonu ərazisində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri – Bakı şəhər sakinləri Fatma Quliyeva və Günel Şirəliyeva xəstəxanaya yerləşdiriliblər. G. Şirəliyeva iyulun 28-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 908