Qızıl oğurlayan gəncə 8 il həbs


16:11     01 Avqust 2017 hebs%20esas%2011103.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Vasif İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərərinə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.İmanlı 8 fevral 2017-ci ildə Siyəzən rayonunda yerləşən evdən 13 min 500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Həmin qızılları 2600 manata sataraq pulu xərcləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 913