Toya gedənlər qəzaya düşdü


18:16     05 Avqust 2017 252ad2eaf19bda2a8e591ec59199e0e1jpg.jpeg

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.

Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 1570