Kolleclərə qəbulun nəticələri açıqlandı
00:31 08 Avqust 2017
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirib.
Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar" nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
Femida.az
Oxunub: 1247
Oxşar xəbərlər
- Kolleclərə qəbulun nəticələri açıqlanıb
- Kolleclərə ixtisas seçimi sabah bitir
- Kolleclərə ixtisas seçimi başladı
- Kolleclərə qəbul üçün müsabiqə şərtləri
- Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə!
- Kolleclərə tələbə qəbulu elan edilib
- Kolleclərə qəbul yeni qaydalar əsasında keçiriləcək
- Kolleclərə qəbul qaydaları açıqlandı
- Kolleclərə qəbul qaydaları dəyişdirilir
- Kolleclərə qəbul olanların nəzərinə!