Almaniyada təyyarə qəzaya uğradı


22:22     08 Avqust 2017 540528.jpg

Almaniyanın cənub-qərbində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə Konstans yaşayış məntəqəsinin yaxınlığındakı Boden gölünə düşüb.

Qəza yerinə təcili yardım və axtarış-xilasetmə dəstələri cəlb edilib. Ölən və xəsarət alanlarla bağlı məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 887