Almaniyada supermarketdə atışma - Yaralanan var


20:05     02 Noyabr 2017 atisma.jpg

Almaniyanın Bremen şəhərində supermarketdə atışma baş verib.


Femida.az xəbər verir ki, bu barədə şəhər Polis İdarəsi xəbər yayıb.

Məlumata görə, supermarketə daxil olan naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ağır yaralanıb.

Hazırda polis atəş açan şəxsin axtarışlarını aparır.

İnsidentlə bağlı əlavə detallar açıqlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 779