Mənzildən qadın meyiti tapılıb


21:15     09 Avqust 2017 meyit%20(3)2.jpg

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 812