Mənzildən pul oğurlayan qadın tutuldu


16:14     26 Dekabr 2017 hebs-qa`din-7.jpg

Bakıda mənzildən pul və qızıl oğurlanıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 729