İsti havalardan sonra quraqlıq gözlənilirmi? - Nazirlikdən açıqlama
13:24 11 Avqust 2017
Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir.
Femida.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev danışıb.
A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: “Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.
A.Verdiyev vurğulayıb ki, adətən isti yay aylarında çayların məcrasında quraqlıq baş verir, lakin isti havaların ardınca yağışdan sonra çaylarda sululuq bərpa olunur.
Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Azərbaycanın bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Femida.az
Oxunub: 1134
Oxşar xəbərlər
- İstirahət günü hava necə olacaq?
- İstirahət gününün HAVA PROQNOZU
- İstirahət gününün hava proqnozu
- İstirahət günləri yol qəzaları - 7 ölü, 8 yaralı
- İstirahət günü hava necə olacaq?
- İstixanada narkotik becərilməsinin qarşısı alınıb
- İstilik sayğacları quraşdırılacaq
- İstirahət gününün hava proqnozu açıqlandı
- İstintaq Təcridxanasında gərgin anlar - Özünü asmaq istədi
- İstintaq Təcridxanasında uşaq dünyaya gətirən qadının məhkəməsi başlayıb