Ağdaşda məzunlar arasında dava - 18 yaşlı oğlan bıçaqlandı
15:36 11 Avqust 2017
Ağdaş rayonunda gənclər arasında dava baş verib.
Femida.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qasımov Aydın Qalib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1999-cu il təvəllüdlü Əliyev Orxan Elxan oğlu tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq xəsarəti alan 18 yaşlı Aydın Qasımov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
O, cərrahiyyə əməliyyatı olunub, hazırda vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs saxlanılıb. Məlumata görə gənclərin hər ikisi bu il Yuxarı Ləki kənd orta məktəbinin bitirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 1636
Oxşar xəbərlər
- Ağdaşda qəza - 3 nəfər yaralandı
- Ağdaşda ağacla öldürülən şəxs `Azərişıq`ın əməkdaşı imiş - TƏFƏRRÜAT
- Ağdaşdakı namus cinayətinin təfərrüatları - VİDEO
- Ağdaşda bacısına görə tələbəni öldürən şəxs tutuldu - TƏFƏRRÜAT
- Ağdaşda Bilik evi açılıb
- Ağdaşda yol qəzası can aldı
- Ağdaşda çörək sexində bədbəxt hadisə
- Ağdaşda ev yanıb
- Ağdaşda ev yandı - Xəsarət alan var
- Ağdaşda 18 yaşlı gənc bıçaqlanıb