Xəstəxanaya çatdırılsa da...
02:00 12 Avqust 2017
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.
Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 3687